Modern.az

Mirqafar Seyidov təqaüdə GÖNDƏRİLDİ

Mirqafar Seyidov təqaüdə GÖNDƏRİLDİ

Hadisə

5 Fevral 2022, 13:06

Nəqliyyatda Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov təqaüdə göndərilib.

 

Modern.az xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

 

Əmrə əsasən, M. Seyidov xidmətdə olmanın son yaş həddi ilə bağlı təqaüdə göndərilib.

 

Qeyd edək ki, Mirqafar Seyidov 2014-2020-ci illərdə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi olub. O, 2020-ci ildə Nəqliyyatda Baş Polis İdarəsinin rəisi təyin edilmişdi.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu