Modern.az

Zaqatalada meşə yandı

Zaqatalada meşə yandı

5 Fevral 2022, 20:34

Zaqatalada meşəlik ərazidə yanğın olub.

 

Modern.az xəbər verir ki, bu gün günorta saatlarında rayonun Lahıc kənd ərazisində, kənd bələdiyyəsinə məxsus meşə sahəsində yanğın baş verib.

 

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları, şəxsi heyət və yerli sakinlər cəlb edilib.

 

Yanğın nəticəsində meşəlik sahənin 2 hektar ərazisində kol-kos, quru ot, xəzəl, qurumuş ağaclar və budaqları yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

 

Faktla bağlı araşırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu