Modern.az

Xocavənddə tikinti şirkətinin avtobusu qəzaya düşdü - Yaralılar var

Xocavənddə tikinti şirkətinin avtobusu qəzaya düşdü - Yaralılar var

7 Fevral 2022, 00:04

Bu gün axşam saatlarında Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi işlərini həyata keçirən subpodratçı “Kolin İnşaat Turizm Sənaye və Ticarət” şirkətinə məxsus xidməti avtobus qəzaya uğrayıb.

 

Modern.az xəbər verir ki, bu barədə  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

 

Məlumatda bildirilir ki, qəza Xocavənd rayonu ərazisində baş verib:

 

"Qəza nəticəsində axşam növbəsinə gedən işçilərdən xəsarət alanlar var. Qəzanın baş vermə səbəbləri və digər təfərrüatlar barədə daha ətraflı məlumat veriləcək".

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?