Modern.az

Metroda QORXULU ANLAR: qadın qatar yoluna düşdü

Metroda QORXULU ANLAR: qadın qatar yoluna düşdü

8 Fevral 2022, 22:42

Metronun "Azadlıq Prospekti" stansiyasInda orta yaşlı qadın sərnişin qatar yoluna düşüb.

 

Modern.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.


Hadisə bu gün saat 21:54-də "Həzi Aslanov-Dərnəgül" istiqamətində qatarın hərkəti zamanı qeydə alınıb. Qatar stansiyaya daxil olanda, qadın stansiya yoluna düşüb.

 

Təlimata uyğun olaraq, dərhal gərginlik çıxarılıb, təcili tibbi yardım çağırılıb. Qadın stansiya yolundan çıxarılıb. On dəqiqə sonra gərginlik verilib, qatar yola salınıb. Qadın sağdır, hadisənin intihar, yaxud ehtiyatsızlıqdan baş verdiyi araşdırılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?