Modern.az

Arvadını öldürdü, qonşusunu GÜLLƏLƏDİ

Arvadını öldürdü, qonşusunu GÜLLƏLƏDİ

9 Fevral 2022, 12:06

Yevlax sakini həyat yoldaşını və qonşusunu güllələyib.

 

Yevlax rayon Prokurorluğundan Modern.az-a verilən məlumata görə, hadisə rayonun Hacışelli kəndində baş verib. Kənd sakini, 1975-ci il təvəllüdlü Qarayev Mehdi Atakişi oğlu həyat yoldaşı, 1977-ci il təvəllüdlü Qarayeva Elnarə Qafar qızını ov tüfəngi ilə güllələyərək qətlə yetirib.

 

Mehdi Qarayev daha sonra qonşusu, 1959-cu il təvəllüdlü Qarayev İldırım Zirəddin oğluna da atəş açaraq onu yaralayıb. Yaralı xəstəxanaya yerləşdirilib.

 

Hadisəni törədən M.Qarayev saxlanılıb.

 

Faktla bağlı Yevlax şəhər Prokurorluğunda cinayət işi açılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular