Modern.az

Qan içində tapılan yeniyetmə ilə bağlı DİN-dən AÇIQLAMA

Qan içində tapılan yeniyetmə ilə bağlı DİN-dən AÇIQLAMA

Hadisə

10 Fevral 2022, 14:50

Ötən gün Bakının Qaradağ rayonunda itkin düşən 15 yaşlı Qəhrəmanov Murad Azər oğlu tapılıb. Qohumu 30-15 yaş aralığında 3 kişi tərəfindən qəbistanlığa aparılan Muradın döyüldüyünü bildirib. Başından çoxsaylı zərbələr alan məktəblinin vəziyyəti orta ağırdır.

 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisədə məlumatlıdırlar:

 

"Fakt nəzarətə götürülüb. Hazırda araşdırmalar davam etdirilir. 2006-cı il təvəllüdlü şəxsin kimin tərəfindən döyülüb xəsarət yetirilməsi araşdırmaların gedişində məlum olacaq".

 

Eyni zamanda bildirilib ki, araşdırma yekunları ilə bağlı ictimaiyyətə məlumat veriləcək.

 

Qeyd edək ki, Murad Qəhrəmanov dünən saat 16 radələrində Lökbatan qəsəbəsində dərs hazırlığına getmək məqsədilə evdən çıxıb, lakin geri qayıtmayıb. M.Qəhrəmanovun dərs hazırlığında olmaması məlum olub. Onun mobil telefonu bağlı olduğundan yaxınları yeniyetmə ilə əlaqə saxlaya bilməyiblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?