Modern.az

İran vətəndaşı yolu azaraq Azərbaycana keçdi

İran vətəndaşı yolu azaraq Azərbaycana keçdi

Hadisə

11 Fevral 2022, 11:46

Fevral ayının 10-da saat 13:20 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Göytəpə sərhəd dəstəsinin Yardımlı rayonunun Buravar kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 1 nəfərin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması müşahidə edilmiş və sərhəd pozucusu sərhəd naryadı tərəfindən saxlanılıb.

 

Bu barədə Modern.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

 

Araşdırma zamanı özünü 1987-ci il təvəllüdlü Ocarudi Məsud Momen kimi təqdim etmiş şəxsin yolu azması nəticəsində dövlət sərhədini pozması müəyyən edilib.

 

Faktla bağlı müqabil tərəf sərhəd nümayəndəliyi xətti ilə məlumatlandırılmış, qısa müddət ərzində qeyd olunan şəxsin İİR tərəfinə təhvil verilməsi nəzərdə tutulub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?