Modern.az

Bakıda avtobusda qorxulu anlar yaşandı

Bakıda avtobusda qorxulu anlar yaşandı

Hadisə

11 Fevral 2022, 22:09

Bakıda 65 nömrəli marşrut üzrə hərəkət edən avtobusda tüstülənmə olub.

 

Bakı Nəqliyyat Agentliyindən Modern.az-a bildirilib ki, hadisə Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsində qeydə alınıb.


İlkin məlumata görə, "Faiqoğlu MMC"-yə məxsus 10 TH 305 dövlət qeydiyyat nişanlı avtobusun mühərrik hissəsində tüstülənmə olub. Sürücüsü dərhal yanğınsöndürən balonla hadisənin qarşısını alıb.

 

Avtobusda olan sərnişinlər təxliyə olunub, xəsarət alan yoxdur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?