Modern.az

Yolu keçmək istəyən piyadanı maşın vurdu

Yolu keçmək istəyən piyadanı maşın vurdu

15 Fevral 2022, 22:53

Ağsuda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

 

Modern.az xəbər verir ki, hadisə şəhərin Vidadi küçəsində qeydə alınıb.

 

Məlumata görə, həmin yolda hərəkətdə olan "Land cruzer" markalı avtomobil yolu keçmək istəyən piyada 1957-ci il təvəllüdlü Rauf Mütəllimovu vurub. Qəza nəticəsində xəsarət alan piyada dərhal Ağsu Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

 

Hazırda faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?