Modern.az

Uşaqlar arasında "Omicron"a yoluxma artıb?

Uşaqlar arasında

Hadisə

16 Fevral 2022, 12:57

“Hazırda uşaqlar arasında da “Omicron” virusuna yoluxma müşahidə edilir".

 

Bunu Modern.az-ın sorğusuna cavab olaraq, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Əkbər Quliyev bildirib.

 

Ə.Quliyev ümumilikdə uşaqlar arasında virusa yoluxma halları ilə bağlı müraciətlərdə azalma müşahidə edildiyini vurğulayıb:

 

“Bildiyiniz kimi, ötən aylarda uşaqlar arasında xəstələnmə halları çoxalmışdı. Həmin vaxt “İnfluenza” virusuna daha çox rast gəlirdik. Hazırda “İnfluenza” virusuna yoluxmada nisbətən azalma müşahidə edilir”.

 

Nazirlik rəsmisinin sözlərinə görə, uşaqlar arasında kəskin ağırlaşma müşahidə edilmir:

 

“Qızdırma, hərarət və öskürəklə müraciət edənlər 2-3 günə siptomatik müalicə ilə sağalırlar. Ümumillikdə virusla bağlı şikayətlər artmayıb”.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu