Bakıda səhər saatlarında yük maşınlarının sürücüləri tərəfindən bağlanan Heydər Əliyev prospektində hərəkət təmin edilib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Modern.az-a bildirib ki, qurum tərəfindən aparılan müvafiq tədbirlər nəticəsində yollar açılıb, nəqliyyat avsitələrinin hərəkəti təmin olunub.
A. Əsgərli onu da deyib ki, Heydər Əliyev prospekti açılsa da, yollarda sıxlıq davam edir: "Ona görə də vətəndaşlardan səbrli olmaları xahiş olunur".
09:30
Bu gün səhər saatlarında Bakının əsas yollarında nəqliyatın hərəkəti iflic olub.
Vətəndaşların Modern.az-a verdiyi məlumata görə, metronun “Qara Qarayev”, “Koroğlu” stansiyaslarından başlayaraq, üzü şəhərin mərkəzinə doğru hərəkət tam dayanıb.
Bildirilir ki, buna səbəb Heydər Əliyev prospektində TIR sürücülərinin etiraz aksiyası keçirməsidir. Aksiya səhər saatlarında başlayıb.
Onların Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) rəisi Anar Rzayevə və şöbə müdüri Malik Əliyevə etriaz etdikləri deyilir.
Məsələ ilə bağlı DANX-la əlaqə saxlamağa çalışsaq da, telefonlarımıza cavab verən olmayıb.