Modern.az

Ehtiyatsızlıqdan tanışını öldürdü - Şəkidə cinayət

Ehtiyatsızlıqdan tanışını öldürdü - Şəkidə cinayət

Hadisə

19 Fevral 2022, 11:04

Şəki sakini ehtiyatsızlıqdan tanışını öldürüb.

 

Baş Prokurorluğun mətbuat xidmətindən Modern.az-a bildirilib ki, Şəki rayonu Baş Küngüt kənd sakinləri 1986-cı il təvəllüdlü Pərvin İsmayılov və 1992-ci il təvəllüdlü Nurlan Mustafayevlə yaşadıqları kənddə yerləşən dağlıq-meşəlik ərazidə təklüləli ov tüfəngi ilə ov edən zaman P. İsmayılov ehtiyatsızlıqdan N. Mustafayevi güllələyərək öldürüb.

 

Faktla bağlı Şəki rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

Hazırda istintaq tədbirləri davam etdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?