Modern.az

25 yaşlı gəncin qulağının kəsilməsinin təfərrüatı - VİDEO

25 yaşlı gəncin qulağının kəsilməsinin təfərrüatı - VİDEO

Hadisə

20 Fevral 2022, 12:44

Samux rayonunun Füzuli kəndində 25 yaşlı gəncə bir neçə nəfər ağır xəsarətlər yetirib.

 

Modern.az xəbər verir ki, Samuxun Kolayır kənd sakini, 25 yaşlı Mirzaman Əliyev bir neçə nəfər tərəfindən yaşadığı kənddən Füzuli kəndinin ərazisinə aparılıb. Orada gənci döyən şəxslər onun qulağının birinin yarıdan çox hissəsini kəsiblər.

 

Baş və üz nahiyəsindən ağır zərbələr alan gənc tanınmaz hala düşüb.

 

Samux RPŞ-nin əməkdaşları təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirərək vətəndaşa xəsarət yetirən şəxslərin kimliyini müəyyə ediblər.

 

Məlumata görə, M. Əliyev rayonun Füzuli kəndində yerləşən “Şəhidlər bulağının” su krantını qırdığına görə, həmin kəndin sakinləri Rahib Bayramlı, Nəriman Qələndərli, Həsrət Qəmbərli və Rüfət Əliyev tərəfindən döyülüb.

 

Şübhəli şəxslər saxlanılaraq istintaqa təhvil verilib, hazırda Samux rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

 

 

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?