Modern.az

Bakıda ana və iki azyaşlı övladı öldürülüb - YENİLƏNİB

Bakıda ana və iki azyaşlı övladı öldürülüb - YENİLƏNİB

Hadisə

20 Fevral 2022, 18:10

Fevralın 20-də saat 14 radələrində Nizami rayonu ərazisində kirayədə yaşadıqları evdə 1983-cü il təvəllüdlü Gülnar Qaraxanova və iki azyaşlı övladının kəsici-deşici alətlə aldıqları xəsarətlərdən ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Bu barədə Modern.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib.

 

Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

Hazırda cinayət işi üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla təqsirli şəxsin (şəxslərin) müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?