Modern.az

Xanım sərnişinə əxlaqsız təkliflər edən sürücü saxlanıldı

Xanım sərnişinə əxlaqsız təkliflər edən sürücü saxlanıldı

Hadisə

21 Fevral 2022, 18:56

Bakıda sərnişinə qarşı nalayiq hərəkətlər edən sürücü saxlanılıb.

 

Modern.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin İctimaiyyətlə əlaqələr və Vətəndaşlarla İş şöbəsinin rəisi Elşad Hacıyev məlumat verib.

 

Qurum rəsmisi bildirib ki, saxlanılan 1989-cü il təvəllüdlü Röyal Həsənov əməlini etiraf edib.

 

"Hazırda araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək", - Elşad Hacıyev vurğulayıb.

 

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan məlumata görə, ötən gün 20 Yanvar metrostansiyasının yaxınlığında taksi sürücüsü xanım sərnişinə əxlaqsız təkliflər edib. Daha sonra isə sürücü xanıma qarşı nalayiq hərəkətlər edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?