Modern.az

60 yaşlı kişi evdə yanaraq öldü

60 yaşlı kişi evdə yanaraq öldü

Hadisə

21 Fevral 2022, 21:17

Şəkidə yanğın ölümə səbəb olub.

 

Modern.az xəbər verir ki, şəhər sakini Rüstəm Nurəddin oğlu Mustafayevə məxsus ikimərtəbəli evdə güclü yanğın olub. 

 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şəki rayon Dövlət Yanğından Mühafizə hissəsinin bölmələri cəlb olunub. Yanğının kəşfiyyatı zamanı ev sahibi, 60 yaşlı Rüstəm Mustafayevin meyiti aşkar edilib.

 

Hadisə nəticəsində evin yanar konstruksiyaları içərisində olan ev əşyaları ilə birlikdə yanaraq külə dönüb.

 

Hazırda faktla əlaqədar araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?