Modern.az

Samuxda faciə - 3 yaşlı uşaq yanaraq öldü

Samuxda faciə - 3 yaşlı uşaq yanaraq öldü

Hadisə

22 Fevral 2022, 19:56

Samuxda yanğın zamanı xəsarət alan azyaşlı ölüb.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, evdə baş verən yanğında ağır yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilən 2019-cu il təvəllüdlü Bakir Məmmədovu xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

Qeyd edək ki, Samux rayonunun Seyidlər kəndində ümumi sahəsi 60 m² olan birmərtəbəli 2 otaqlı evin bir otağının yanar konstruksiyaları və ev əşyaları 10 m² sahədə, digər otağının tavanı 2 m² sahədə yanıb

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?