Modern.az

Binanın çökməsi nəticəsində 4 nəfər xəsarət alıb - YENİLƏNİB

Binanın çökməsi nəticəsində 4 nəfər xəsarət alıb - YENİLƏNİB

24 Fevral 2022, 16:07

Paytaxtın Nərimanov rayonunun Keşlə qəsəbəsində "City Garden" layihəsi çərçivəsində söküntü işlərinin aparılması zamanı şirkətdə əmək müqaviləsi əsasında işləyən və həmin işlərə cəlb edilmiş yalnız 4 nəfər şəxsin müxtəlif dərəcəli bədən xəsarətləri almaları müəyyən edilib.

 

Bu barədə Baş Prokurorluqdan Modern.az-a verilən növbəti açıqlamada bildirilib.

 

Qeyd edilib ki, yaralıların hər birinə ambulator tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. 


Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən araşdırma aparılır, hadisə yerinə baxış keçirilib və qeyd edilən şəxslərin aldıqları xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə məhkəmə-tibb ekspertizaları təyin edilib.

 

İctimaiyyətə əlavə məlumat veriləcək.

 

 

13:48***

 

Bakıda tikilməkdə olan bina çöküb.

 

Bu barədə Modern.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, paytaxtın Nərimanov rayonunun Keşlə qəsəbəsində "City Garden" şirkətinin tikilməkdə olan binalarının birinin çökməsi barədə məlumat daxil olub.

 

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsinin əməkdaşları tərəfindən hazırda hadisə yerinin müayinəsi həyata keçirilir.

 

İlkin məlumata görə, hadisə zamanı bir neçə şəxs xəsarət alıb.

 

Qeyd olunub ki, yaxın zamanda ictimaiyyətə əlavə məlumat veriləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?