Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Modern.az-ın məlumatına görə, qəza 28 May küçəsində qeydə alınıb.
Belə ki, taksi fəaliyyəti ilə məşğul olan "Toyota Prius" markalı minik avtomobili qarşıda hərəkətdə olan digər nəqliyyat vasitəsinə çırpılıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.
Elmar Hüseynov