Modern.az

Odessada azərbaycanlılar atəşə tutuldu - ÖLƏNLƏR VAR

Odessada azərbaycanlılar atəşə tutuldu - ÖLƏNLƏR VAR

27 Fevral 2022, 10:55

Ukraynanın Odessa şəhərindən 60 kilometr aralıda diversiya qrupu əslən Kəlbəcərdən olan soydaşlarımızı daşıyan avtomobilləri atəşə tutub.


Modern.az xəbər verir ki, bu barədə "Birlik" Odessa diaspor təşkilatının üzvü Anar Ağazadə "Facebook" hesabında məlumat paylaşıb.

 

Onun sözlərinə görə, hadisə nəticəsində 3 nəfər həlak olub.

 

"Sərhəd qoşunları hərbçilərinin formasında diversiya qrupu olduğu ehtimal edilən silahlılar 7-8 maşından ibarət, əslən Kəlbəcər rayonundan olan soydaşlarımızın kolonunu tanınmamış Pridnestrovye ilə sərhəd Kuçurqan keçid məntəqəsi yaxınlığında gülləboran edib.

 

Hadisə şahidlərinin dediyinə görə, 3 həmvətənimiz dünyasını dəyişib, 4-5 yaralı var. Allah dünyasını dəyişənlərə rəhmət eləsin, günahsız insanların qanına susamış terrorçuların bəlasını versin!" - paylaşımda deyilir.

 

Əlavə məlumat veriləcək

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?