Ukraynanın Odessa şəhərində diversiya qrupu tərəfindən öldürülən azərbaycanlıların kimliyi müəyyənləşib.
Modern.az-ın məlumatına görə, avtomobilə silahlı hücum zamanı həlak olan azərbaycanlılar Rəhim İsmayılov, Qabil İsmayılov və Nemət İsmayılovdur. Onların yaxın qohum olduğu deyilir.
Qeyd edək ki, Odessa ərazisində diversiya qrupu əslən Kəlbəcərdən olan soydaşlarımızı daşıyan avtomobilləri atəşə tutub. Hadisə nəticəsində 3 nəfər həlak olub, bir neçə nəfərin isə yaralandığı bildirilir.
Həmçinin oxuyun:
Odessada azərbaycanlılar atəşə tutuldu - ÖLƏNLƏR VAR