Modern.az

Ukraynada həlak olan azərbaycanlılar: 3 gündə 7 nəfər... - TAM SİYAHI

Ukraynada həlak olan azərbaycanlılar: 3 gündə 7 nəfər... - TAM SİYAHI

Hadisə

27 Fevral 2022, 15:27

Ukraynada 3 gündür davam edən qızğın müharibədə həlak olanlar və yaralananlar arasında yerli vətəndaşlarla yanaşı, azərbaycanlılar da var. 


Modern.az xəbər verir ki, bir neçə soydaşımız Ukraynanın müxtəlif bölgələrində rus diversiya qruplarının hədəfinə tuş gəliblər. 

 

Ukraynada həlak olan azərbaycanlılarla bağlı məlumatları təqdim edirik:

 

Xerson şəhərində azərbaycanlı ailənin faciəsi

 

Əslən Cəbrayıl rayonunun Balyand kəndindən olan Qoşqar Fərzəliyevin həyat yoldaşı və iki övladı Xerson şəhərinə endirilən aviazərbələr nəticəsində dünyasını dəyişib.

 

 

Qoşqar Fərzəliyevin qızı Sabina və oğlu Zaur hadisədən əvvəl şəhərin yaxınlığında olublar. Natalya Fərzəliyeva övladlarını götürmək üçün maşınla ora yollanıb. Bir qədər getmiş onların olduğu avtomobil aviazərbəyə məruz qalıb. Hadisə zamanı Qoşqar Fərzəliyevin həyat yoldaşı Natalya Fərzəliyeva və övladları həlak olub. Q. Fərzəliyev həmin vaxt orada olmayıb.

 

Qeyd edək ki, Sabina Fərzəliyeva ötən il universiteti bitirib, qardaşı Zaur isə tələbə idi. Onlar Ukrayna vətəndaşları olublar.

 

 

İkinci ölüm hadisəsi Ukraynanın Odessa şəhərində qeydə alınıb.


Belə ki, Odessa ərazisində diversiya qrupu əslən Kəlbəcərdən olan soydaşlarımızı daşıyan avtomobilləri atəşə tutub. Hadisə nəticəsində 3 nəfər həlak olub, bir neçə nəfər isə yaralanıb. 


Silahlı hücum zamanı həlak olan Azərbaycan vətəndaşları 1966-cı il təvəllüdlü Rəhim İsmayılov, 1995-ci il təvəllüdlü Qabil İsmayılov və 1976-cı il təvəllüdlü Nemət İsmayılovdur.

 


Xarkov şəhərində küçə döyüşlərində daha bir Azərbaycan vətəndaşı həlak olub. 


Küçədə güllələnərək öldürülən soydaşımız 1987-ci il təvəllüdlü Qoşqar Məmmədovdur. O əmisigilə qonaq gedibmiş. Mağazadan ərzaq almaq üçün küçəyə çıxanda gülləyə tuş gələrək həyatını itirib.


Allah rəhmət eləsin!

 

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?