Modern.az

Tələbə dəm qazından boğularaq öldü

Tələbə dəm qazından boğularaq öldü

27 Fevral 2022, 18:19

Göyçay rayonunda gənc oğlan bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, Zaqatala rayon sakini, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin tələbəsi, 2001-ci il təvəllüdlü Soltanov Səxavət Nemət oğlu Göyçay şəhərində kirayə qaldığı mənzildə dəm qazından zəhərlənərək ölüb.

 

Onun meyiti Respublika Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsinə aparılıb. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

 

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu