Modern.az

Evlənmək üçün qaçırılan qıza işgəncə VERİLDİ

Evlənmək üçün qaçırılan qıza işgəncə VERİLDİ

Hadisə

27 Fevral 2022, 22:30

Göyçayda evlənmək məqsədilə qaçırıldığını iddia olunan qız işgəncəyə məruz qalıb.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Ulaşlı-Şıxlı kəndində qeydə alınıb.

 

Rayon sakinləri Mahmud Əliyev, atası Feyruz Əliyev və anası Yeganə Əliyeva ilə birgə 21 yaşlı Zeynəb Ağayevanı (ad və soyad şərtidir) qaçıraraq tövlədə gizlədiblər. Ailə üzvləri daha sonra qızın müqavimət göstərməsinin qarşısını almaq üçün ağzını bağlayaraq işgəncə veriblər.

 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, polis hadisədən məlumatlıdır. Məsələ Daxili İşlər Nazirliyi tərəfindən nəzarətə götürülüb və qız ailəsinə təhvil verilib.

 

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?