Modern.az

Xarkovda öldürülən 35 yaşlı Qoşqarın FOTOLARI

Xarkovda öldürülən 35 yaşlı Qoşqarın FOTOLARI

Hadisə

27 Fevral 2022, 23:30

Bu gün Ukraynanın Xarkov şəhərində həlak olan 1987-ci il təvəllüdlü Qoşqar Məmmədovun ailəsi onun nəşinin Azərbaycana gətirilməsini istəyir. Hazırda bununla bağlı işlər görülür.

 

Modern.az xəbər verir ki, küçədə rus hərbçiləri tərəfindən güllələnərək öldürülən Q.Məmmədov Ukraynanın Xalq rəssamı Katib Məmmədovun qardaşı oğludur.

 

O, bu yaxınlarda Xarkova qonaq gedibmiş. Mağazadan ərzaq almaq üçün küçəyə çıxan Q.Məmmədov mülki şəxs olmasına baxmayaraq, atəşə məruz qalıb. Azərbaycanlı gənc aldığı güllə yarasından hadisə yerində dünyasını dəyişib.

 

Hazırda onun nəşinin Azərbaycana göndərilməsi imkanları araşdırılır.

 

Xarkovda həlak olan Qoşqar Məmmədovun fotolarını təqdim edirik:

 

 

Həmçinin oxuyun:

Ukraynada həlak olan azərbaycanlılar: 3 gündə 7 nəfər... - TAM SİYAHI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?