Modern.az

Göyçayda ata və oğul zorla qız qaçırdılar 

Göyçayda ata və oğul zorla qız qaçırdılar 

Hadisə

1 Mart 2022, 12:00

Fevralın 26-sı Göyçay rayonu ərazisində A.Ə.-nın (ad şərtidir) həmkəndlisi Ə.M (ad şərtidir) və atası A.M (ad şərtidir) tərəfindən evlənmək məqsədi ilə sonuncunun iradəsinə zidd olaraq qaçırılaraq oğurlanması barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Baş Prokurorluğun Mətbuat xidmətindən Modern.az-a bildirilib ki, faktla bağlı Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin 144.1-ci (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanıb.

 

İstintaqın aparılması Göyçay Rayon Polis Şöbəsinə tapşırılıb.


Ə.M və atası A.M şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

 

Rəsmi məlumata görə, hazırda iş üzrə istintaq davam edir.

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?