Modern.az

Eldar Mahmudovun ölüm xəbəri yayıldı - Ailə vəkili təkzib etdi

Eldar Mahmudovun ölüm xəbəri yayıldı - Ailə vəkili təkzib etdi

2 Mart 2022, 13:12

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun ölüm xəbəri yayılıb.


Modern.az xəbər verir ki, bu barədə ilk məlumatı e-huquq.az saytı yayıb.


Bildirilir ki, keçmiş nazir ötən axşam ürək çatışmazlığından dünyasını dəyişib.


Xəbər qısa müddətdə sosial şəbəkələrdə tirajlanıb və geniş rezonansa səbəb olub.


Amma bir qədər sonra eks-nazirin ölüm xəbəri inkar edilib. Belə ki, sabiq nazirin ailə vəkili Cavid Rzazadə Gununsesi.info-ya açıqlamasında xəbəri təkzib edib: “Boş söhbətdir. Eldar Mahmudova heç nə olmayıb”.


67 yaşlı E.Mahmudov 2004-2015-ci illərdə milli təhlükəsizlik naziri vəzifəsində işləyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu