Modern.az

Sağalanlar yoluxanları yenə ÜSTƏLƏDİ

Sağalanlar yoluxanları yenə ÜSTƏLƏDİ

Hadisə

2 Mart 2022, 17:42

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 865 yeni yoluxma faktı qeydə alınıb, 2044 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 16 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 787 367 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 769 746 nəfər müalicə olunaraq sağalıb, 9 454 nəfər vəfat edib, aktiv xəstə sayı 8 167 nəfərdir.

 

Ölkədə son sutka ərzində 8 487, hazırkı dövrədək isə 6 572 316 test aparılıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?