Gəncə sakinləri dəm qazından boğularaq ölüb.
Modern.az APA-ya istinadən xəbər verir, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb. Orada yaşayan nənə və nəvənin dəm qazından boğularaq öldüyü bildirilir.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Ölənlərin kimliyi dəqiqləşdirilir.