Modern.az

Bakıda beş nəfər özünü körpüdən atmaq istədi

Bakıda beş nəfər özünü körpüdən atmaq istədi

2 Mart 2022, 23:25

Xətai rayonunda beş nəfər intihara cəhd edib.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hələlik kimliyi məlum olmayan şəxslər özlərini körpüdən atmaq istəyiblər.

 

Məlumata görə, intihara cəhd edən şəxslər şirkət işçiləridir və maaşlarının verilməməsinə etiraz edirlər.

 

Polis əməkdaşlarının səyləri nəticəsində intihara cəhdin qarşısı alınıb. Həmin şəxslərlə profilaktik söhbət aparıldıqdan sonra aidiyyatı polis şöbəsinə təhvil veriliblər.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu