Zaporojye Atom Elektrik Stansiyasının (AES) təlim korpusunda baş verən yanğın lokallaşdırılıb.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar Dövlət Xidməti məlumat yayıb.
“Saat 05:55-də Enerqodar şəhərindəki Zaporojye AES-in təlim binasında 2 min kvadrat metr sahədə yanğın lokallaşdırılıb. İlkin məlumta görə, zərərçəkən və xəsarət alan olmayıb”, - məlumatda deyilir.
***
07:50
Ukraynanın Enerqodardakı Zaporojye atom elektrik stansiyasının ərazisində (AES) yanğın baş verib.
Modern.az xəbər verir ki, bununla əlaqədar Ukrayna Prezidenti Volodimir Zelenski Avropa liderlərinə müraciət edib.
Müraciət dövlət başçısının teleqram kanalında yerləşdirilib. Ukrayna Prezidenti bu cür hücumların Çernobılda yaşanan faciəni təkrarlaya biləcəyi barədə xəbərdarlıq edib:
“Burada 6 enerji bloku var. Çernobılda cəmi 1 blok partlamışdı. Ukraynada 15 atom enerji bloku var. Burada partlayış Avropanın sonu ola bilər”.
Volodimir Zelenski hadisə ilə əlaqədar Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Almaniyanın Kansleri Olaf Şolts, Polşa Prezidenti Andjey Duda, Böyük Britaniyanın Baş naziri Boris Conson və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin Baş direktoru Rafael Qrossi ilə əlaqə saxlayıb.