Modern.az

Son sutkanın yoluxma STATİSTİKASI

Son sutkanın yoluxma STATİSTİKASI

Hadisə

4 Mart 2022, 18:37

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 588 yoluxma faktı qeydə alınıb, 1185 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 15 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 788 min 525 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 772 min 715 nəfər müalicə olunaraq sağalıb, 9488 nəfər vəfat edib. Aktiv xəstə sayı 6322 nəfərdir.

 

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6829, bu günə qədər isə ümumilikdə 6 milyon 585 min 992 test icra olunub.

 

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?