Modern.az

Bakıda avtobus qəzası - Xəsarət alanlar var

Bakıda avtobus qəzası - Xəsarət alanlar var

Hadisə

4 Mart 2022, 23:13

Bu gün saat 19 radələrində Sabunçu yol qovşağının yaxınlığında sərnişin avtobusunun iştirakı ilə qəza qeydə alınıb.

 

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayevin Modern.az-a verdiyi məlumata görə, qəzaya düşən “Vətən.az” MMC-nin müvəqqəti istismarında olan 166 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 10 TG 010 dövlət qeydiyyat nişanlı avtobusdur:

 

"Hadisə zamanı sərnişin avtobusu kommunal xidmət avtomobili ilə toqquşub. Qəza nəticəsində 3 nəfər xəsarət alıb. Hadisə ilə bağlı Bakı Nəqliyyat Agentliyində araşdırma aparılır. “Vətən.az” MMC-dən məsul şəxs Sənan Səlimov Agentliyə çağırılıb".

 

BNA rəsmisinin sözlərinə görə, hadisə ilə əlaqədar ictimaiyyətə əlavə məlumat veriləcək.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?