Modern.az

Azərbaycanda müğənni yol qəzasında öldü - FOTO

Azərbaycanda müğənni yol qəzasında öldü - FOTO

Hadisə

6 Mart 2022, 09:02

Martın 4-də İmişlidə baş verən dəhşətli qəzada ölən şəxsin müğənni olduğu müəyyənləşib.

 

Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, həlak olan şəxs Cəlilabad sakini, 1978-ci il təvəllüdlü Abasov Bəxtiyar Yadulla oğludur.

 

Belə ki, ifaçı həmin gün səhər saatlarında İmişli-Qaravəlli-Mirili avtomobil yolunun Qaravəlli kəndindən keçən hissəsində “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yoldan çıxaraq su kanalına aşıb. Nəticədə Bəxtiyar Abasov həlak olub.

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?