Modern.az

Vəhşicəsinə öldürülən qadınla bağlı yeni FAKTLAR - YENİLƏNİB

Vəhşicəsinə öldürülən qadınla bağlı yeni FAKTLAR - YENİLƏNİB

6 Mart 2022, 15:05

Qəbələ rayonunda hissələrə ayrılmış qadın meyitinin kimliyi aşkarlanıb.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, cəsəd 1999-cu il təvəllüdlü Aytac Əliyevaya aiddir. 

 

Aytac Əliyevanın ailəli olduğu məlum olub.

 

Naməlum şəxs 23 yaşlı qadının bədənini doğrayaraq bir neçə yerə bölüb, cəsədi selofan torbalara yığaraq Qəbələ şəhərinin Muxtar Abdıyev küçəsindəki yaşayış binasının giriş blokuna qoyub.

 

Ağsu rayon sakini olan Aytac Əliyevanın həyat yoldaşının hərbçi olduğu bildirilir. Hazırda hüquq-mühafizə orqanları tərəfindən hadisəni törədən şəxsin tapılması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

***

(13:12)

 

Qəbələ rayonunda 23 yaşlı qız qətlə yetirilib. 

 

Modern.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, 1999-cu il təvəllüdlü Aytac Əliyevanın doğranmış meyiti binanın blokundan tapılıb. 

 

Qətlin təfərrüatı və cinayəti kimin törətdiyi hələlik məlum deyil. 

 

Faktla bağlı araşdırma aparılır. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?