Modern.az

Saatlı və İsmayıllıda ev yandı

Saatlı və İsmayıllıda ev yandı

7 Mart 2022, 20:19

Saatlı rayonunun Qara Nuru kəndində ümumi sahəsi 252 m² olan birmərtəbəli 5 otaq və aynabənddən ibarət (arakəsmə divarlar və tavan qamışdan ibarət) evin yanar konstruksiyaları yanıb.

 

Modern.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

 

Yaxınlıqdakı köməkçi tikili yanğından mühafizə olunub.

 

Bundan başqa, İsmayıllı şəhərində ümumi sahəsi 150 m² olan birmərtəbəli, 3 otaq və aynabənddən ibarət evin mətbəxində mebel 3 p.m yanıb, yüksək temperaturdan lambirindən ibarət tavan 16 m² sahədə əriyib.

 

Evin qalan hissəsi yanğından mühafizə olunub.

 

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?