Modern.az

İsmayıllıda ağır qəza - Sürücü öldü

İsmayıllıda ağır qəza - Sürücü öldü

7 Mart 2022, 23:09

İsmayıllıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun İsmayıllının Qubaxəlilli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

İlkin məlumata görə, Qubaxəlilli kənd sakini, 1979-cu il təvəllüdlü Əhmədov Anar Afiq oğlu idarə etdiyi "Hyundai" markalı minik avtomobili ilə sürətlə hərəkətdə olarkən idarəetməni itirib, maşın yoldan çıxaraq aşıb. Qəza nəticəsində A.Əhmədov hadisə yerində dünyasını dəyişib.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi tərəfindən araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?