Modern.az

Bakıda avtobusla yük avtomobili TOQQUŞUB

Bakıda avtobusla yük avtomobili TOQQUŞUB

8 Mart 2022, 10:35

Ötən gün saat 20:30 radələrində Suraxanı rayonu Yeni Bahar yaşayış maasivində yol-nəqliyyat hadisəsi baş verib.

 

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayevin Modern.az-a verdiyi məlumata görə, “Azlənd-Plaza” MMC-nin müvəqəti istismarında olan 161 nömrəli müntəzəm marşrut xətti üzrə avtobus Suraxanı qəsəbəsi istiqamətində hərəkətdə olan zaman UAZ markalı yük avtomobili qarşısına çıxıb:

 

"Avtobusun sürücüsü toqquşmadan yayınmaq üçün avtobusu yol kənarındakı boş əraziyə yönəldib. Hadisə vaxtı avtobusda sərnişinlərin olmasına baxmayaraq xəsarət alan olmayıb". 

 

"Bəzi KİV-lərdə bu hadisə zamanı guya 12 nəfərin xəsarət alması barədə yayılan məlumatlar isə həqiqəti əks etdirmir. Qeyri-müəyyən mənbəyə istinadən verilən bu cür məlumatlar insanlar arasında çaşqınlıq yaradır. KİV nümayəndələrindən qeyri-müəyyən mənbələrdən əldə etdikləri məlumatlar əsasında xəbər hazırlayarkən müvafiq dövlət qurumları ilə dəqiqləşdirmələr aparmalarını xahiş edirik, - deyə BNA rəsmisi bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?