Modern.az

İntihara cəhdin qarşısı alındı

İntihara cəhdin qarşısı alındı

9 Mart 2022, 20:14

Bakıda intihara cəhdin qarşısı alınıb.

 

Modern.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliy (FHN) məlumat yayıb.

 

Bildirilib ki, Nərimanov rayonunda 1 nəfər körpüyə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

 

FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal