Modern.az

Oğul yaşlı anasını yumruq-təpiklə ÖLDÜRDÜ

Oğul yaşlı anasını yumruq-təpiklə ÖLDÜRDÜ

Hadisə

10 Mart 2022, 09:32

Martın 9-u saat 19 radələrində 1953-cü il təvəllüdlü Nuriyyə Nəzirovanın Şabran rayonu ərazisində yaşadığı evdə aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Şabran Rayon Prokurorluğundan Modern.az-a verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin oğlu 1986-cı il təvəllüdlü Məhəmməd Nazırovun sərxoş vəziyyətdə olaraq şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Nuriyyə Nəzirovaya bədəninin müxtəlif nahiyyələrinə təpik və yumruqla çoxsaylı zərbələr yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşib.


Faktla bağlı Şabran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.


Məhəmməd Nazırov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.


Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?