Modern.az

Bakının mərkəzində yanğın - Ölən var

Bakının mərkəzində yanğın - Ölən var

10 Mart 2022, 10:08

Bakıda səhər saatlarında yanğın hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə paytaxtın Nizami küçəsində yerləşən üçmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində qeydə alınıb.

 

Belə ki, ümumi sahəsi 32 kvadratmetr olan ikiotaqlı mənzilin 1 otağının, dəhlizinin yanar konstruksiyaları və ev əşyaları 10 kvadratmetr sahədə yanıb.

 

Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi, 1970-ci il təvəllüdlü Jukov Leonid Yuriyeviçin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

 

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?