Modern.az

Məhəmməd anasını öldürəndə narkotik çəkibmiş - Şabrandakı qətlin DETALLARI

Məhəmməd anasını öldürəndə narkotik çəkibmiş - Şabrandakı qətlin DETALLARI

10 Mart 2022, 14:21

Martın 9-da Şabranda öldürülən Nuriyyə Nəzirovanın qətlinin bəzi təfərrüatları məlum olub.

 

Bu barədə Modern.az-a Şabran Rayon Ağalıq kəndinin nümayəndəsi Araz İsmayılov məlumat verib.

 

O bildirib ki, Nəzirovlar ailəsi kənddə yaxşı ailə kimi tanınıb: “Amma Məhəmmədin narkotik istifadəçisi olduğu üzə çıxıb. Məhəmməd qətli törədən zaman narkotikin təsiri altında olub. Çöldə narkotiki qəbul edib daha sonra evə gəlib. Səbəbsiz yerə anası ilə dalaşmağa başlayıb. Belin sapı ilə anasına ağır zərəbələr endirib və hadisə nəticəsində Nuriyyə Nəzirova dünyasını dəyişib. Ailədə 3 oğlan övladı olublar - Həsən, Hüseyn və Məhəmməd. Məhəmməd subaydı".

 

A.İsmayılov vurğulayıb ki, qətlin səbəbi Məhəmmədin narkotik aludəçisi olmağıdır:

 

“Anası yaşlı, abırlı-həyalı, öz işində-gücündə olan qadın idi. Kimsə ilə işi olmazdı. Yəni səbəb göstərilə bilməz ki, ananın hansısa əməlinə görə münaqişə yaranıb və oğlu onu qətlə yetirib. Oğlun anasını öldürməsinə səbəb narkotik olub. Ağlı başında olan adam anasını öldürməzdi".

 

Xatırladaq ki, martın 9-u saat 19 radələrində 1953-cü il təvəllüdlü Nuriyyə Nəzirovanın Şabran rayonu ərazisində yaşadığı evdə aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Faktla bağlı Şabran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

Qətli törətməkdə şübhəli bilinən mərhumun oğlu Məhəmməd Nəzirov tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?