Modern.az

Yoluxanların bugünkü statistikası - Daha 17 ölüm

Yoluxanların bugünkü statistikası - Daha 17 ölüm

10 Mart 2022, 18:33

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 270 yeni yoluxma faktı qeydə alınıb, 564 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 17 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 790 153 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 777 960 nəfər müalicə olunaraq sağalıb, 9 575 nəfər vəfat edib, aktiv xəstə sayı 2 618 nəfərdir.

 

Ölkədə son sutka ərzində 6 356, hazırkı dövrədək isə 6 617 758 test aparılıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?