Modern.az

Toya gedənlər ağır qəzaya düşdülər - Ölən var

Toya gedənlər ağır qəzaya düşdülər - Ölən var

Hadisə

13 Mart 2022, 23:57

Lənkəran rayonunda ağır yol qəzası baş verib.

 

Modern.az Report-a istinadən xəbər verir ki, hadisə Lənkəran-Boradigah yolunun Separadi kəndi ərazisində qeydə alınıb.

 

Belə ki, “Hundai” markalı avtomobilin yoldan çıxaraq ağaca çırpılması nəticəsində Göyçay rayonu sakini, 2002-ci il təvəllüdlü Elmir Qurbanov və onun həmyerlisi, 2004-cü il təvəllüdlü Cavid Salahlı ağır bədən xəsarətləri alıblar.

 

Yaralılar Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılarkən E.Qurbanov yolda keçinib, C.Salahlı isə reanimasiya şöbəsinə yerləşdirilib.

 

İlkin məlumata görə, Göyçay sakinləri Lənkərana toy mərasimində iştirak etmək üçün gəliblər. Hadisənin baş verməsinə səbəb kimi çiskinli hava şəraitində düzgün sürətin düzgün seçilmədiyi göstərilir.

 

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?