Modern.az

Bakıda liftlərə qənim kəsilən dəstə məhkəmə qarşısında

Bakıda liftlərə qənim kəsilən dəstə məhkəmə qarşısında

15 Mart 2022, 19:11

Bakıda binaların liftlərinin akkumlyatorlarını və əyləc dolaqlarını oğurlayan dəstənin işi üzrə ibtidai istintaq başa çatıb.

 

Modern.az xəbər verir ki, oğurluqda təqsirləndirilən Taleh Rəşidov, Samir Rəşidov və Famil Cənnətov barəsində istintaq materialları Binəqədi rayon Məhkəməsinə göndərilib.

 

Cinayət işi üzrə məhkəmə prosesinə hakim Vüsal Tağıyevin sədrliyi ilə baxılacaq. İş üzrə məhkəmənin hazırlıq iclası martın 30-na təyin olunub.

 

Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumata görə, Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat zamanı əvvəllər məhkum olunmuş Taleh Rəşidov, əmisi oğlu Samir Rəşidov və Famil Cənnətov saxlanılıblar. Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində onların ötən ilin may-sentyabr aylarında paytaxtın Binəqədi rayonunda yerləşən 21 çoxmərtəbəli binanın liftlərinin akkumulyatorlarını və əyləc dolaqlarını oğurladıqları məlum olub. Taleh və Samir Rəşidovlar ifadələrində oğurladıqları ehtiyat hissələrini paytaxt ərazisindəki müxtəlif metal qəbulu məntəqələrinə dəyər-dəyməzinə satdıqlarını bildiriblər.

 

Həmin metal qəbulu məntəqələrinin də sahiblərinin şəxsiyyətləri müəyyənləşdirilib və onlar istintaqa cəlb ediliblər. Oğurlanan və metal qəbulu məntəqələrinə satılan liftlərin ehtiyat hissələrinin bir qismi aşkarlanaraq maddi sübut kimi götürülüb.

 

Dəstə üzvlərinin oğurluq etdikləri binaların liftlərinə ümumilikdə 25 min manata yaxın maddi ziyan vurduqları məlum olub.

 

Faktla bağlı cinayət işi başlanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?