Modern.az

Sumqayıtda ağır qəza - 13 nəfər yaralandı

Sumqayıtda ağır qəza - 13 nəfər yaralandı

15 Mart 2022, 19:56

Sumqayıtda mikroavtobus minik avtomobili ilə toqquşub, yaralılar var.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə “Stansiya Sumqayıt” yaşayış massivinə gedən avtomobil yolunda qeydə alınıb. Belə ki, "Hyundai" markalı mikroavtobus "Hyundai Santa Fe" minik avtomobili ilə toqquşub.

 

Qəza nəticəsində 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

 

Onlardan üçünün vəziyyətinin ağır olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!