Modern.az

Bakıda İran vətəndaşı qəza törətdi - 3 nəfər öldü

Bakıda İran vətəndaşı qəza törətdi - 3 nəfər öldü

Hadisə

16 Mart 2022, 10:27

Bakıda İran vətəndaşı qəza törədib, 3 nəfər ölüb.

 

Modern.az “Report”a istinadən məlumat verir ki, hadisə martın 15-də paytaxtın Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində qeydə alınıb.

 

Belə ki, 1983-cü il təvəllüdlü, İran vətəndaşı Pormehrəli Hüseyn İsmiəli oğlunun idarə etdiyi "Hovo" markalı yük avtomobili ilə Əliyev Eynulla Xeyrulla oğlunun idarə etdiyi "QAZ A65R32-80” mikroavtobus markalı avtomobil toqquşub. Nəticədə mikroavtobusun sərnişinləri - 2001-ci il təvəllüdlü Qəribov Babaşah Ağaşah oğlu, 1984-cü il təvəllüdlü Zeynalov Qayıb Nizami oğlu və 1987-ci il təvəllüdlü Qaraşov Məhəmməd Zakir oğlu hadisə yerində ölüb.

 

Faktla bağlı Daxili İşlər Nazirliyinin İstintaq və təhqiqat şöbəsində istintaq aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu