Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İşlər idarəsinin sabiq müdiri Elton Məmmədov əvvəlki vəzifəsinə bərpa olunub.
Bu barədə Modern.az-a sabiq deputat Elton Məmmədov özü bildirib.
E.Məmmədov deyib ki, bu barədə AMEA-nın Rəyasət Heyəti tərəfindən qərar verilib. O, bayram ərəfəsində belə bir qərardan məmnun olduğunu deyərək, hər kəsi baharın gəlişi münasibətilə təbrik edib:
"Hər şey qaydasındadır, ədalət bərqərar oldu. Tətildən sonra - martın 28-dən vəzifəmin başında olacağam".
Qeyd edək ki, AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyev qurumun iclasında İşlər İdarəsinin müdiri Elton Məmmədovu sərt tənqid edərək, onu işdən azad etmişdi.
Xatırladaq ki, E.Məmmədov eks-nazir Ziya Məmmədovun qardaşıdır.
Gülşən