Modern.az

Tibb bacısını \"tok\" vurub öldürdü

Tibb bacısını \

18 Mart 2022, 23:01

Neftçala sakinini elektrik cərəyanı vuraraq öldürüb.

 

Modern.az “Report”a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Neftçala şəhərində qeydə alınıb.

 

İlkin məlumata görə, şəhər sakini, 1973-cü iltəvəllüdlü Məmmədova Pərvanə Cəbrayıl qızı yaşadığı ünvanda iş görərkən, işlək vəziyyətdə olan su mühərrikindəki elektrik cərəyanı onu vurub.

 

Qadın hadisə yerində dünyasını dəyişib. Meyit müayinə olunmaq üçün məhkəmə-tibbi ekspertizaya göndərilib.

 

Qeyd edək ki, P.Məmmədova Neftçala Rayon Mərkəzi Xəstəxanasında tibb bacısı işləyirmiş.

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal