Modern.az

Türkiyədə ağır qəza - 23 yaralı var

Türkiyədə ağır qəza - 23 yaralı var

19 Mart 2022, 01:13

Türkiyənin Adana şəhərində sərnişin avtobusu qəza törədib.

Modern.az xəbər verir ki, hadisə Kadırlı-Adana yolunda baş verib. Qəza nəticəsində 23 nəfər yaralanıb.

Məlumata görə, Ceyhan istiqamətində hərəkətdə olan sərnişin avtobusu sürücünün idarəetməni itirməsi səbəbindən yoldan çıxaraq aşıb. 

Qəzadan sonra 23 nəfər xəstəxanaya yerləşdirilib, onlardan dördünün vəziyyəti ağır qiymətləndirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal